ABŞ-yə İranla bağlı əməliyyatlar üçün əlavə 80 milyard dollar lazımdır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Müdafiə Nazirliyi İranla bağlı hərbi əməliyyatlar və digər xərclərin qarşılanması üçün Konqresdən əlavə 80 milyard dollar maliyyə ayrılmasını istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq bu məsələni Konqres üzvləri ilə müzakirə edərək Pentaqonun əlavə maliyyəyə ehtiyac duyduğunu bildirib.
Qeyd olunur ki, Konqres əlavə vəsaiti təsdiqləməsə, Pentaqonun maliyyə ehtiyatları yay aylarında tükənə bilər. Bu halda ABŞ ordusu bəzi proqramları, o cümlədən hərbi təlimləri azaltmaq məcburiyyətində qala bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...