ABŞ və İsrailin İran və Livanı bombalaması davam edir
ABŞ və İsrailin İran və Livanı bombalaması davam edir.
BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hər iki ölkədə ölənlərin sayı 800-ü keçib.
Beyrut yaxınlığındakı bir otelə və İranın Qum şəhərindəki Ekspertlər Məclisinin binasına zərbələr endirilib.
Tehran artıq dördüncü gecədir ki, Yaxın Şərqdəki İsrail və ABŞ hədəflərinə qarşı cavab hücumlarını davam etdirir. Vaşinqtonun Dubaydakı konsulluğuna və Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərindəki limanına zərbələr endirilib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın həyati əhəmiyyətli su yolunun bağlandığını elan etməsindən sonra ABŞ Hörmüz boğazından tankerləri müşayiət etmək üçün donanma göndərməyə hazırdır.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...