ABŞ "USS Nimitz" aviadaşıyıcısını Karib hövzəsinə göndərdi
21
may
2026
16:31
ABŞ administrasiyası "USS Nimitz" aviadaşıyıcısının Karib hövzəsinə yerləşdirildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Bildirilib ki, USS Nimitz aviadaşıyıcısı ilə yanaşı, USS Gridley və USNS Patuxent də bölgəyə göndərilib.
Məlumata görə, "USS Nimitz" daha əvvəl Tayvan boğazı və Ərəb körfəzi daxil olmaqla müxtəlif bölgələrdə xidmət göstərib. ABŞ tərəfi bu addımın ölkənin hərbi hazırlıq səviyyəsini və bölgədəki mövcudluğunu nümayiş etdirdiyini bildirib.
Oxşar xəbərlər
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarını bölgədəki mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb. Amerikalılara uçuşlar...