ABŞ tarixində ən böyük yanğın: Los-Anceles yanğını niyə baş verdi?
ABŞ-nin Los-Anceles şəhərində keçən həftədən başlayan meşə yanğınları hələ də tam nəzarət altına alına bilməyib. Palisades və Eaton bölgələrində davam edən yanğınlar ən azı 24 nəfərin həyatını itirməsinə, 12 mindən çox tikilinin məhv olmasına və 200 minə yaxın sakinin təxliyə edilməsinə səbəb olub. Bu yanğınlar ABŞ tarixində ən dağıdıcı yanğınlar kimi qeydə alınıb.
BAKU.WS habertürk-ə istinadən xəbər verir ki, Los-Anceles County Şerifi Robert Lunayanğınların başvermə səbəbi ilə bağlı araşdırmaların davam etdiyini və "bütün ehtimalların masada"olduğunu bildirib. İldırım bu yanğınların səbəbi kimi qiymətləndirilmir.
Eaton Yanğını ilə bağlı "Southern California Edison Company" (SCE) şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. İddialara görə, şirkət milli hava xidməti tərəfindən verilən "qırmızı bayraq" xəbərdarlığına baxmayaraq yanğının baş verdiyi bölgədə elektrik xətlərini kəsməyib. SCE isə məsələ ilə bağlı istintaqın nəticələrini gözlədiklərini və yanğınlardan təsirlənən icmalara dəstək olmağa davam etdiklərini bildirib.
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə uzun müddətli quraqlıq və atmosferin susuzlaşması ilə birgə ABŞ-nin qərbində meşə yanğınlarının riskini artırıb. Güclü küləklər və az yağıntı ilə yanaşı, dəyişən iqlim şəraiti yanğınların miqyasını genişləndirib.
Hazırda Palisades və Eaton bölgələrində yanğınlar davam edir və tam nəzarət altına alınmayıb. Palisades bölgəsinə Malibu da daxildir, Eaton isə şəhərin şimal-şərqində yerləşir. Təxliyə edilən bölgələr xəritədə narıncı rənglə göstərilib, qırmızı xətlərlə isə yanğınların aktiv olduğu ərazilər işarələnib.
ABŞ hökuməti qeyd edir ki, bu yanğınlar artıq mövsümi təhlükə olmaqdan çıxaraq bütün ilboyu davam edən bir problemə çevrilib.
Oxşar xəbərlər
Hadise yeni sevgilisi ilə ilk dəfə görüntüsünü paylaşdı
Müğənni Hadise şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ilk dəfə sevgilisi Şenol Sönmezle görüntüsünü paylaşıb. S...