ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaların razılaşdırılmasına hazırdırlar.
BAKU.WS xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem "X" hesabında məlumat verib. Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan ikipartiyalı qanun layihəsi artıq təqdim olunub və sənədin 60-a yaxın həmmüəllifi var.
Qrem qeyd edib ki, layihə Rusiyadan neft, qaz, uran və digər məhsullar idxal edən ölkələrə qarşı ikinci dərəcəli rüsumların tətbiqini nəzərdə tutur.
"Senat bu addımı atmağa hazırdır. Əgər Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, biz bu qərarı böyük səs çoxluğu ilə qəbul edəcəyik", - deyə senator vurğulayıb.
Oxşar xəbərlər
Böyük kriptovalyuta birjası sındırıldı: 351 milyon dollar oğurlandı
Böyük kriptovalyuta birjalarından biri olan "Bitget" haker hücumuna məruz qalıb. Kibercinayətkarlar platformanın bəzi isti kriptovalyuta cüzdanlarına giriş əldə...