ABŞ rəsmisi: Çin nüvə silahlarının azaldılması ilə bağlı dialoqdan imtina edir
Yeniliklərdən dərhal xəbərdar olun
Çin nüvə silahlarının mümkün azaldılması ilə bağlı ABŞ-la dialoqa getməkdən imtina edir.
BAKU.WS-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno Senatda keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun bu istiqamətdə apardığı danışıqlara Pekin müsbət cavab verməyib.
"Onlar bunu etməkdən imtina etdilər", – deyə o qeyd edib.
Dinanno əlavə edib ki, ABŞ tərəfi məsələ ilə bağlı Çinə təzyiq göstərməkdə davam edir.
"Biz onlara təzyiq göstərməyə davam edirik", – deyə o vurğulayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...