ABŞ rəsmiləri nüvə sınaqlarının mümkünlüyünü müzakirə edirlər
Vaşinqton administrasiyasının rəsmiləri ABŞ-nin nüvə sınaqları keçirməsi ilə bağlı müzakirələrə davam edirlər, lakin hələlik heç bir konkret plan hazırlanmayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərə bildirib.
"Bununla bağlı dialoq davam edir. Prezident Donald Tramp əhəmiyyətli üstünlüyü qorumağa sadiqdir. Nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizdən xeyli üstün olmalıdır", - deyə o bildirib.
K.Rayt qeyd edib ki, hələlik plan hazırlanmayıb.
"Simulyasiya texnologiyasından istifadə edərək, radioaktiv komponentlilər istisna olmaqla, bütün nüvə silahlarını sınaqdan keçirə bilərik", - nazir əlavə edib.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Tramp nüvə sınaqlarını bərpa etmək qərarını açıqlayıb.
Oxşar xəbərlər
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
Böyük Britaniyada meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Su...