ABŞ PUA-sı Rusiyanın qərb sərhədlərinə yaxın uçuşlar həyata keçirib

ABŞ PUA-sı Rusiyanın qərb sərhədlərinə yaxın uçuşlar həyata keçirib
Dünya 53

ABŞ istehsalı olan "Global Hawk" adlı kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Leninqrad və Pskov vilayətlərinə yaxın ərazilərdə müşahidə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə SHOT portalı məlumat yayıb.

Məlumata əsasən, FORTE12 kimi tanınan dron Estoniya ərazisində Kanepi qəsəbəsindən (Pskov vilayətinə 50 km), Kiviõli şəhərinə (Leninqrad vilayətinə 54 km) qədər dövrələr vuraraq uçuş həyata keçirib. Dronun uçuş trayektoriyası Rusiya sərhədi boyunca 151 km uzanıb.

Güman edilir ki, bu dron Ukrayna Silahlı Qüvvələri (USQ) üçün kəşfiyyat məlumatları toplayır. Bildirilir ki, "Hawk" iki gün öncə NATO-nun Siciliyada yerləşən Sigonella hərbi-dəniz bazasından havaya qalxıb, daha sonra Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Polşa, Litva, Latviya üzərindən keçərək Estoniyada qalıb.

RQ-4 Global Hawk ABŞ-ın strateji kəşfiyyat PUA-sıdır. Bu aparat 18 min metr yüksəkliyə qalxmaq, 23 min km-ə qədər məsafə qət etmək və 36 saata qədər havada qalmaq qabiliyyətinə malikdir.

Son xəbərlər