ABŞ prezidentindən milyarderə sərt sözlər: "Ölkəyə ziyan vurub"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosu ölkədəki zorakı etirazları dəstəklədiyinə görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkəsində yazıb.
ABŞ prezidentinin sözlərinə görə, milyarder və onun "psixopat qrupu" ölkəyə böyük ziyan vurub.
"Corc Soros və onun radikal solçu oğlu Amerika Birləşmiş Ştatlarında şiddətli etirazları və digər məsələləri dəstəklədiklərinə görə cavabdehlik daşımalıdırlar", - Tramp qeyd edib.
Xatırladaq ki, Corc Soros "Soros Fund Management" fondunun təsisçisi və dünyanın ən zəngin şəxslərindən biridir. O, uzun illər ABŞ Demokratlar Partiyasının ən böyük donorlarından olub. 2024-cü il prezident seçkisində Soros sonda Donald Trampa məğlub olan vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...