Tramp özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb

Donald Tramp prezident seçkilərində siyasi qələbə qazandığını elan edərək özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, Respublikaçı prezidentliyə namizəd Mar-a-Laqodakı malikanəsində deyib.
"Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir. Mən Amerika xalqına 47-ci prezidentiniz seçilməyin fövqəladə şərəfinə görə təşəkkür etmək istəyirəm".
***10:55
Amerika Birləşmiş Ştatlarında (ABŞ) səsvermə bülletenlərinin emalının ilkin nəticələrinə görə seçkilərdə öndə olan prezidentliyə namizəd Donald Tramp yaxın vaxtlarda Florida ştatının Palm Beach şəhərində seçiciləri qarşısında çıxış edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tramp konqres mərkəzinə yollanır, hazırda onun tərəfdarları ilkin nəticələrin elan edilməsinin gedişatını izləyirlər. Siyasətçinin mülkü də Palm-Biçdə yerləşir.
Xatırladaq ki, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərində səslərin hesablanmasına başlanılıb. Əsas namizədlər keçmiş prezident Donald Tramp (Respublikaçı) və hazırkı vitse-prezident Kamala Harrisdir (demokrat). Seçkilərin yekun nəticəsi hələ aydın deyil. Tramp Floridadakı malikanəsindən, Harris isə Hovard Universitetindən nəticələrə baxır.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
