ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edildi
Dünya 7

ABŞ-nin Vaşinqton ştatında genişmiqyaslı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Spokane şəhərində sürətlə yayılan yanğınlar səbəbindən minlərlə ailənin təxliyəsi barədə qərar qəbul edilib.

Ştat rəhbərliyi yanğınların davam etməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Yanğınsöndürmə əməliyyatlarına dəstək məqsədilə Vaşinqton Milli Qvardiyasının şəxsi heyəti də bölgəyə göndərilib.

Səlahiyyətli qurumların məlumatına görə, yanğınlar nəticəsində 13 mindən çox abonentin elektrik enerjisi kəsilib. Bundan başqa, təxminən 5 min tikili üçün təhlükə yaranıb.

Hazırda ştat ərazisində azı 10 böyük meşə yanğınının söndürülməsi istiqamətində iş aparılır. İlin əvvəlindən indiyədək 425 min akrdan çox ərazi yanğından zərər görüb.

Yaşayış məntəqələrinə yaxın ərazilərdə yayılan alovla bağlı görüntülərdə bəzi evlərin yanğınla əhatə olunduğu, ərazini isə sıx tüstünün bürüdüyü görünür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər