ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 4,1 milyon barel artıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.
Məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % ucuzlaşaraq 76,02 dollar/barelə, WTI markalı neftin mart fyuçerslərinin dəyəri isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barelə bərabər olub.
Oxşar xəbərlər
Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb
"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nasraui Barselonanın hava limanında insident törədib. BAKU.WS xəbər verir ki, bu barə...