ABŞ müharibənin ilk 4 günündə 2 milyard dollara yaxın hərbi texnika itirib
ABŞ-nin İrana qarşı başladığı hücumların ilk dörd günündə təxminən 2 milyard dollar dəyərində hərbi texnika itirdiyi bildirilir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ümumi zərər 1,902 milyard dollar təşkil edir. İtkilərin əsas hissəsi Qətərdə yerləşən "Əl-Udeyd" Hərbi Hava Bazasındakı AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin sıradan çıxması ilə bağlıdır. Dəyəri təxminən 1,1 milyard dollar olan sistemin İranın raket hücumu nəticəsində vurulduğu iddia edilir.
Bundan başqa, Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən "dost atəşi" nəticəsində üç ədəd F-15E "Strike Eagle" tipli döyüş təyyarəsinin vurulduğu qeyd olunur. Bu təyyarələrin yenilənməsinin təxminən 282 milyon dollara başa gələcəyi bildirilir.
Açıq mənbələrdə yayılan peyk görüntülərinə görə, Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ ordusuna məxsus THAAD ballistik raketdən müdafiə sisteminin AN/TPY-2 radar komponenti də hücumlar zamanı məhv edilib. Həmin radarın dəyərinin 500 milyon dollar olduğu ehtimal edilir.
İranın hədəf aldığı obyektlər arasında Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı, Küveytdəki "Camp Arifjan", "Ali əl-Salem" və "Camp Buehring" bazaları, İraqdakı Ərbil bazası, BƏƏ-dəki Cəbəl Əli limanı və Qətərdəki "Əl-Udeyd" bazası yer alır.
ABŞ-nin The New York Times qəzeti tərəfindən təsdiqlənən görüntülərdə İraqdakı Ərbil Beynəlxalq Hava Limanında yerləşən və ABŞ qüvvələrinin istifadə etdiyi hərbi obyektlərin dəfələrlə vurulduğu göstərilir.
Peyk şəkillərində bazadakı dörd tikilinin zədələndiyi və ya tamamilə dağıldığı görünür.
Bununla yanaşı, İranın cavab zərbələri nəticəsində Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-də yerləşən ABŞ diplomatik nümayəndəliklərinin də hədəf alındığı bildirilir. Yerli media Riyaddakı ABŞ səfirliyinə iki pilotsuz uçuş aparatının düşdüyünü yazıb.
Rəsmi açıqlamalara görə, bəzi obyektlərdə məhdud yanğın və maddi ziyan qeydə alınıb.
Beləliklə, qarşılıqlı hücumların ilk günlərində ABŞ-nin hərbi infrastrukturuna və texnikasına dəymiş zərərin milyardlarla dollarla ölçüldüyü bildirilir. Regionda gərginlik davam edir.
Oxşar xəbərlər
Qətər hökuməti fövqəladə vəziyyət elan edib
Qətər hökuməti fövqəladə vəziyyət elan edib. BAKU.WS İranın "IRIB News" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat verilib. Bəyanatda...