ABŞ Kubaya 178 milyard dollar zərər vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin martından bu ilin fevralınadək ABŞ-nin ticari-iqtisadi və maliyyə blokadasının Kubaya vurduğu ziyan 8,83 milyard dolları ötüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırkı göstərici əvvəlki hesabatdakı göstəricidən 7% çoxdur. Blokadanın 60 ildən artıq müddətdə yaratdığı ümumi zərər cari qiymətlərlə 178,7 milyard dolları ötür ki, bu da əvvəlki hesabatda göstərilən rəqəmdən 4,7 % çoxdur.
Nazir bildirib ki, hesabat BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq.
ABŞ-nin Kubaya tətbiq etdiyi blokadanın ləğv edilməsinin zəruriliyi haqqında qətnamə üzrə növbəti səsvermə oktyabrın 27–28-də Nyu-Yorkda keçiriləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...