ABŞ Kuba hakimiyyəti ilə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib
Vaşinqton administrasiyası Kubanın beş təşkilatına və Kastro ailəsinin bir üzvünə qarşı əlavə sanksiyalar tətbiq edərək, onları repressiyaları və ABŞ-yə milli təhlükə yaradan fəaliyyətləri maliyyələşdirməkdə ittiham edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında bildirilib.
Onun sözlərinə görə, Kuba hakimiyyəti üçün gəlir gətirən beş struktur, o cümlədən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş "Grupo de Administración Empresarial S.A." (GAESA) şirkəti ilə əlaqəli üç təşkilat sanksiyalara məruz qalıb. Məhdudiyyətlərə məruz qalan qurumlardan ikisi hakimiyyətin maraqları naminə maliyyə vəsaitlərinin köçürülməsində iştirak edən institutlardır, digəri isə adanın bütün ərazisində fəaliyyət göstərən logistika şirkətidir.
Bundan əlavə, sanksiyalar Kubanın mineral ehtiyatlarından və metallurgiyasından gəlir əldə edən iki struktura, o cümlədən "GeoMinera" dövlət şirkətinə də şamil edilib.
Rubio həmçinin, ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş Alexandro Kastro Espinin həyat yoldaşına qarşı məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.
Oxşar xəbərlər
ABŞ atəşkəsə nəzarət məqsədilə İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir
ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndiri...