ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qalib gəlib.
"Report" xəbər verir ki, bu, qanunvericilərin birgə sessiyasının yayımından məlum olub.
Qanunverici orqanın hər iki palatasının birgə iclasına konstitusiyaya əsasən Senatın sədri olan ABŞ vitse-prezidenti Kamala Harris sədrlik edir.
Tramp artıq seçkilərin nəticələrinin təsdiqlənməsi üçün yetərli 270 seçici səsini qazanıb.
Xatırladaq ki, 5 noyabr seçkilərinin nəticələrinə görə, Tramp 312 seçici səsi və ümumilikdə 77,3 milyon səs toplayıb. Məğlub olan demokrat Kamala Harris isə 226 seçici səsi və ümumilikdə 75 milyon səs qazanıb.
Oxşar xəbərlər
ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdə...