ABŞ İsrailə böyük həcmdə aviabomba satacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamenti İsrailə 150 milyon dollar dəyərində 12 min ədəd, hər biri 450 kiloqramlıq hava aviabombasının satışını təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Dövlət Departamentinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, müqavilə çərçivəsində yalnız sursatların satışı deyil, həm də ABŞ podratçı şirkətlərinin mühəndislik, logistika və texniki xidmətləri nəzərdə tutulur.
Sənədə görə, ABŞ dövlət katibi Marko Rubio ölkənin milli təhlükəsizlik maraqlarını əsas gətirərək, müdafiə məhsulları və xidmətlərinin İsrail hökumətinə təcili satışını tələb edən fövqəladə vəziyyətin mövcud olduğunu müəyyən edib və bunu əsaslandırıb.
Məlumata görə, aviabombaların bir hissəsi ABŞ-nin mövcud hərbi ehtiyatlarından İsrailə göndəriləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...