ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ordusu İranın Küveyt və Bəhreyn istiqamətində buraxdığı bir neçə ballistik raketi zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamada bildirilib ki, CENTCOM-un Hörmüz boğazı istiqamətində hərəkət edən dörd İran dronunu vurmasından bir neçə saat sonra Tehran Küveyt və Bəhreynə yeddi ballistik raket atıb.
İlkin məlumatlara əsasən, raketlərdən altısı havada məhv edilib, yeddincisi isə nəzərdə tutulan hədəfə çata bilməyib.
CENTCOM qeyd edib ki, hadisə nəticəsində ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb. Həmçinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına da ziyan dəymədiyi vurğulanıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...