ABŞ İrana qarşı əməliyyatın ilk həftəsində 6 milyard dollar xərcləyib
ABŞ İrana qarşı həyata keçirilən hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar vəsait sərf edib.
BAKU.WS xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon bu həftə ABŞ Konqresinə əməliyyatla bağlı xərclərin məbləğini təqdim edib. Bildirilir ki, ayrılan vəsaitin böyük hissəsi döyüş sursatlarına yönəldilib.
Məlumata əsasən, təxminən 4 milyard dollar əsasən İran raketlərinin qarşısını almaq üçün istifadə olunan müdafiə sistemlərinə sərf olunub.
The New York Times qeyd edir ki, ABŞ administrasiyasının yaxın vaxtlarda Konqresdən hərbi əməliyyatların davamı üçün əlavə maliyyə vəsaiti istəyə biləcəyi gözlənilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq ölkənin müxtəlif şəhərlərinə hava zərbələri endirib. Həmin hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldüyü bildirilib. Bu məlumat isə İranda yalnız martın 1-də rəsmi şəkildə təsdiqlənib.
Eyni zamanda, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən obyektlərinin də hücumlara məruz qaldığı qeyd olunub.
Oxşar xəbərlər
Ərdoğan: İrandakı savaş Cənubi Qafqazdan Asiya və Avropaya qədər yayıla bilər
ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər. Bunun qarşısını almaq üçün sülh və sa...