ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
ABŞ-İran danışıqlarının ikinci raundu növbəti, ikinci mərhələsi aprelin 19-da Omanda eyni səviyyədə baş tutacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.
"Danışıqların ikinci raundunun gələn həftə, şənbə günü baş tutacağı ilə bağlı razılıq əldə olunub. Hər şey eyni səviyyədə, həmçinin Omanda baş tutacaq, lakin bir az fərqli yerdə", - o deyib.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri tezliklə razılığa gəlməyə can atırlar və "danışıqlar naminə danışıqlar aparmaq istəmirlər".
Oxşar xəbərlər
Rusiyada sabiq nazir müavini hamamda ölü tapılıb
Rusiyanın Ədliyyə Nazirliyinin sabiq müavini Sergey Tropin ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb. Hadisə Moskvada,...