ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu
İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bİran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.
IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.
Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi - ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.
*** 17:18
İran ABŞ ilə ölkənin dondurulmuş aktivlərinin ləğv edilməsi və Livanda atəşkəs barədə danışıqlara başlamaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilib ki, Vaşinqtonda Livan və İsrail arasında aparılan danışıqlar "Hizbullah" hərəkatının tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi məsələsini əhatə edəcək.
*** 16:44
Pakistanda ABŞ və İran arasında danışıqların ilk raundu başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran müzakirələr zamanı öz şərtlərini açıqlayıb.
Bildirilib ki, İslam Respublikası Hörmüz boğazı üzərində nəzarəti əldə saxlamağı, münaqişə zamanı ölkəyə dəyən ziyana görə kompensasiya ödənilməsi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və uzunmüddətli atəşkəs razılaşması tələblərini irəli sürüb.
*** 16:08
İslamabadda mühüm əhəmiyyət kəsb edən zirvə toplantısına start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi informasiya yayıb.
Məlumata əsasən, Pakistanın paytaxtında Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar prosesi başlanıb.
Oxşar xəbərlər
İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı
İraqda Baş nazir Əli Zeydi parlamentdən etimad səsi alaraq vəzifəsinin icrasına başlayıb. Yeni hökumət kabineti parlamentdə keçirilən səsvermə nəticəsində təsdi...