ABŞ-ni Helendən sonra bu dəfə Milton qasırğası vuracaq

ABŞ-ni Helendən sonra bu dəfə Milton qasırğası vuracaq
Dünya 8

ABŞ-nin Florida ştatı 227 nəfərin həyatına son qoyan Helen qasırğasından sonra ştatı vurması gözlənilən Milton qasırğası üçün tədbirlər görməyə başlayıb.

BAKU.WS xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi bu barədə məlumat verib.

Milton qasırğası oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə çata bilər.

Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə İrma qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib.

Ştat Helene tərəfindən geridə qalan zərərləri aradan qaldırmağa davam edərkən, Florida qubernatoru Ron Desantis də Milton qasırğası səbəbindən ştatın ağır itkilərindən narahatdır.

Qeyd edək ki, ABŞ Milli Qasırğa Mərkəzi sentyabrın 26-da Helene qasırğasının təxminən 225 kilometr sürətlə Floridanın şimal-qərb sahillərini vurduğunu açıqlayıb. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.

Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 mindən çox ev və iş yeri zərər görüb.

Helene qasırğasının yaratdığı fəlakətlərdə 227 nəfər həyatını itirib.

Son xəbərlər