ABŞ-də Van Qoqun əsəri 62,7 milyon dollara satıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandlı rəssam Vinsent Van Qoqa məxsus "Paris romanlarının yığınları və stəkanda qızılgüllər" adlı rəsm əsəri Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 62,7 milyon dollara satılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "ANP" agentliyi məlumat yayıb.
Məlumata görə, əsəri incəsənət üzrə mütəxəssis Petti Vonq alıb. Tablo hərracdan əvvəl müəyyən edilmiş dəyərdən 35% baha qiymətə satılıb. Hərracdan öncə Amsterdamdakı Van Qoq Muzeyinin mütəxəssisləri əsəri araşdırıb və onun orijinal olduğunu təsdiqləyiblər.
Van Qoq bu rəsmi 1887-ci ilin noyabr-dekabr aylarında Parisdə yaradıb. Həmin dövrdə rəssam fransız incəsənətinin güclü təsiri altında idi və qardaşı Teo ilə birlikdə Parisdə yaşayırdı.
19 noyabrda isə Avstriyanın məşhur rəssamı Qustav Klimtin "Elizabet Ledererin portreti" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda 236,4 milyon dollara satılıb. "Sotheby's "hərrac evinin məlumatına görə, bu tablo müasir incəsənət kateqoriyasında hərrac tarixinin ən bahalı lotu olub. Rəsmdə məşhur xeyriyyəçi ailənin qızı, Klimtin yaradıcılığını dəstəkləyən Elizabet Lederer təsvir edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...