ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nyuark Liberty Beynəlxalq Hava Limanı yaxınlığında eniş edən sərnişin təyyarəsi hərəkətdə olan yük maşınına çırpılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, United Airlines şirkətinə məxsus Boeing 767 tipli təyyarə eniş zamanı hava limanı ətrafındakı yolda hərəkət edən tıra dəyib.
Hadisə nəticəsində yük maşınının sürücüsü yüngül xəsarət alıb, təyyarədə olan 231 sərnişin və ekipaj üzvü isə xəsarət almayıb.
Şirkət baş verən insidentlə bağlı geniş təhlükəsizlik araşdırması başladıldığını, pilot heyətinin isə müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıldığını bildirib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı araşdırma aparır və uçuş məlumatlarının analiz üçün tələb edildiyini açıqlayıb.
Qəza anı ərazidəki kameralar tərəfindən qeydə alınıb və görüntülər sosial mediada yayılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...