ABŞ-də Şükran Günü CİNAYƏTİ: Yüzlərlə hinduşka oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında Şükran Günü üçün ehtiyacı olanlara paylanması nəzərdə tutulan yüzlərlə dondurulmuş hinduşka oğurlanıb. Riverside County Şerif Ofisi bildirib ki, hinduşkalarla dolu yük maşını oğurlanıb və hələ tapılmayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü səhər saat 08:00 radələrində Lake Elsinore şəhərində baş verib. Şerif ofisi ərazidə axtarış aparsa da, maşını tapmaq mümkün olmayıb.
Yardım təşkilatı "U.R. Important"ın rəhbəri Alexxa Oliver açıqlayıb ki, maşında Şükran Günü üçün paylanması planlaşdırılan təxminən 500 hinduşka olub. O, oğurluğun dəqiq vaxtını bilmədiklərini və bu vəziyyətdən təsirlənəcək ailələrdən üzr istədiklərini bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...