ABŞ-də şəhər meri evsizlərə pulsuz narkotik verilməsini təklif edib

ABŞ-də şəhər meri evsizlərə pulsuz narkotik verilməsini təklif edib
Dünya 57

ABŞ-nin Kaliforniya ştatında yerləşən Lankaster şəhərinin meri Reks Perris evsizlər problemini aradan qaldırmaq üçün mübahisəli bir təklif irəli sürüb.

BAKU.WS xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

O, daimi yaşayış yeri olmayan şəxslərə qeyri-məhdud miqdarda narkotik – xüsusilə fentanil verilməsini təklif edib.

"İstədiyim budur ki, onlara pulsuz fentanil verim. Nə qədər istəyirlərsə, o qədər də fentanil verim," – deyə bildirib.

Perris ümid edir ki, ABŞ prezidenti Donald Tramp şəhərdə təmizləmə əməliyyatını həyata keçirəcək. O, Lankasterin bu insanlardan qurtulmalı olduğunu əlavə edib.

Merin sözlərinə görə, şəhərdəki evsizlərin təxminən yarısı keçmiş məhkumlardır və bu şəxslər şəhərdə baş verən cinayətlərin böyük hissəsinə görə məsuliyyət daşıyırlar.

Son xəbərlər