ABŞ-də qadın ailəsini "Üçüncü dünya müharibəsi pəhrizi"nə keçirib

ABŞ-də qadın ailəsini Üçüncü dünya müharibəsi pəhrizinə keçirib
Dünya 95

ABŞ-nin Cənubi Kaliforniya ştatında yaşayan 41 yaşlı Kortni Luna ailəsini yalnız ət və süd məhsullarından ibarət xüsusi qidalanma rejiminə keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Qadının sözlərinə görə, o, mümkün qlobal böhran və ya müharibə şəraitinə hazırlaşır. Luna hesab edir ki, "ət əsaslı pəhriz" məhdud ərzaq şəraitində daha faydalıdır və orqanizmi lazımi qida maddələri ilə təmin edir. O bildirib ki, belə vəziyyətlərdə "boş kalorilər" deyil, maksimum qida dəyəri olan məhsullar vacibdir.

Kortni Luna qeyd edib ki, bu pəhrizə əvvəlcə arıqlamaq məqsədilə başlayıb. Nəticədə bir il ərzində 25 kiloqram çəki atıb və dəri vəziyyətinin yaxşılaşdığını bildirib.

O, həmçinin qırmızı ətin zərəri ilə bağlı fikirlərin şişirdildiyini düşünür. Qadın uzunmüddətli saxlama üçün qurudulmuş ətin (jerky) daha uyğun olduğunu deyərək ehtiyat toplamağı tövsiyə edir.

Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, sosial şəbəkələrdə populyarlaşan bu tip "ətpərəst pəhriz" sağlamlıq üçün ciddi risklər yarada bilər.

Mütəxəssislərin fikrincə, bitki mənşəli qidalardan tam imtina lif çatışmazlığına səbəb olur ki, bu da xroniki qəbizlik və digər həzm problemlərinə gətirib çıxara bilər. Uzunmüddətli perspektivdə isə belə qidalanma bəzi ağır xəstəliklərin riskini artıra bilər.

Son xəbərlər