ABŞ-də neft ehtiyatları kəskin azaldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 3.8 milyon barel azalaraq, iyunun 26-na olan vəziyyətə görə, 408.4 milyon barel təşkil edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, hazırkı ehtiyatların həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 7% aşağıdır.
Dünya bazarında da neftin qiyməti ucuzlaşma tendensiyası nümayiş etdirib. Londonun ICE birjasında 2026-cı ilin sentyabr ayı üzrə "Brent" markalı neftin füçers qiyməti 1.47% azalaraq bir barel üçün 71.88 dollara enib. Avqust ayı üzrə WTI markalı neftin füçersləri isə 0.94% ucuzlaşaraq bir barel üçün 68.85 dollar təşkil edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...