ABŞ-də it meşədə azıb qalan 72 yaşlı qoca qadını ölümdən xilas edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də it əri ilə birlikdə meşədə gəzintiyə çıxan və yolu azıb üç gün orada qalan qocanı öz hərarəti ilə istiləndirərək ölümdən xilas edib.
"Report" xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Qeyd edilir ki, 72 yaşlı Pamela Helmstadter əri və iti ilə birlikdə meşəyə gedib. Cütlük yoldan çıxaraq azıb, qadının əri yıxılaraq xəsarət alıb və yerindən qalxa bilməyib. Qadın özü ona kömək üçün getməyə qərar verib. Ancaq o, meşədə yolu azaraq üç gün orada qalıb.
Cütlüyün evinin eyvanında qalan paketi götürmədiyini görən qocaların qonşusu onların bu səhvindən şübhələnib. Qonşu qadın fövqəladə yardım xidmətlərinə müraciət edib. Nəticədə meşədə gücdən düşən qadın tapılıb.
Məlumata görə, onların iti soyuq gecələrdə qoca qadını öz hərarəti ilə istiləndirərək sağ qalmasına kömək edib.
Bildirilir ki, həkimlər qadının ərini xilas edə bilməyiblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...