ABŞ-də iki ştat Vaşinqtona qoşun göndərir
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Karolina və Ohayo ştatları ABŞ prezidenti Donald Trampın paytaxtda "asayişin bərqərar edilməsi" haqqında sərəncamına dəstək olaraq Milli Qvardiya qoşunlarını Vaşinqtona göndərəcək.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ştatların qubernatorları məlumat verib.
"Qubernator Henri Makmaster bu gün Cənubi Karolina Milli Qvardiyasının 200 əsgərinin Vaşinqtona göndərilməsinə icazə verib. Mühafizəçilər prezident Donald Trampın Kolumbiya dairəsində asayişin bərpası ilə bağlı sərəncamına uyğun olaraq federal hüquq-mühafizə orqanlarının səylərini dəstəkləyəcəklər", - yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.
Ohayo qubernatoru Mike Deuayn, öz növbəsində, 150 mühafizəçi göndərəcəyini vəd edib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...