ABŞ-də iki helikopter havada toqquşdu: 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-Cersi ştatında iki helikopterin havada toqquşması faciə ilə nəticələnib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə ağır xəsarət alıb.
BAKU.WS xəbər verir ki, məlumata görə, qəza baş verdikdən sonra polis əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüb və ərazi nəzarətə götürülüb. Mütəxəssislər tərəfindən ilkin araşdırmalara başlanılıb.
ABŞ Federal Aviasiya Administrasiyasının yaydığı açıqlamada bildirilib ki, Enstrom F-28A tipli helikopterlə Enstrom 280C tipli digər helikopter Nyu-Cersidə yerləşən Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında havada toqquşub.
Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...