ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu

ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu
Dünya 28

ABŞ-də ölüm hökmünün icrası ilə bağlı prosedurlara mühüm dəyişikliklər edilib.

BAKU.WS-in məlumatına görə, ABŞ Ədliyyə Departamenti yeni qaydaların tətbiqinə başladığını açıqlayıb. Dəyişikliklər çərçivəsində edam prosedurları sadələşdirilib və icra üsulları siyahısına güllələnmə də daxil edilib.

Məlumata əsasən, yenilənmiş qaydalar ölümcül inyeksiya protokollarının təkmilləşdirilməsini, eyni zamanda alternativ üsulların tətbiqini nəzərdə tutur. Bu çərçivədə güllələnmə dəstəsi ilə edam üsulu rəsmi olaraq mümkün variantlardan biri kimi əlavə olunub.

Bundan başqa, ölüm hökmü ilə bağlı işlərin baxılması və icrasının sürətləndirilməsi üçün daxili prosedurlar da optimallaşdırılıb.

Hazırda ABŞ-də 27 ştatda, eləcə də federal səviyyədə ölüm hökmü qüvvədədir. Statistikaya görə, edamların sayına görə Texas ştatı lider mövqedədir. Əsas icra üsulu kimi hələ də inyeksiya tətbiq olunsa da, son dövrlər istifadə olunan preparatların çatışmazlığı alternativ metodların gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, oxşar sərt yanaşmalar digər ölkələrdə də müzakirə olunur və bəzi dövlətlərdə ölüm hökmü ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər