ABŞ-də bəzi əməkdaşlar elektrik şoku verən əlcəklərlə təchiz oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının elektrik şoku verə bilən xüsusi əlcəklərlə təchiz edilməsi planlaşdırılır.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bunun üçün 20 milyon dollara qədər vəsait ayrılması nəzərdə tutulur. Əlcəklər 380 volta qədər elektrik şoku verə və saniyədə 30 dəfəyədək aktivləşdirilə bilər.
Cihazların istifadəsi insan haqları təşkilatlarının narahatlığına səbəb olub. Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) ICE əməkdaşlarının güc tətbiqindən istifadəsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Əlcəklərin 14 avqust tarixində tender keçirilmədən satın alınması ilə bağlı müqavilənin açıqlana biləcəyi qeyd edilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...