ABŞ-də baş verən qasırğalar 7 nəfərin həyatına son qoydu

ABŞ-nin bir neçə ştatında təsirli olan güclü qasırğalar və fırtınalar nəticəsində ilkin məlumata görə azı 7 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə əsasən, bölgədə bir neçə qasırğa və şiddətli fırtına qeydə alınıb. Rəsmilər, Tennessee, Missouri və Indiana ştatlarında baş verən qasırğalar zamanı bir çox binanın ziyan gördüyünü və 7 nəfərin öldüyünü bildiriblər.
Qasırğalar elektrik xətlərinə də ciddi ziyan vurub, nəticədə minlərlə ev işıqsız qalıb. Tennessee və Kentucky ştatlarında bəzi məktəblərdə dərslər müvəqqəti dayandırılıb.
Rəsmilər həftə sonuna qədər davam etməsi gözlənilən intensiv yağışların sel fəlakətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Arkansas, Missouri, Tennessee və Mississippi ştatlarında fasiləsiz yağışların müşahidə olunacağı gözlənilir. Bu vəziyyətin xüsusilə Mississippi çayı vadisində ciddi təsir göstərəcəyi bildirilib.
