ABŞ-də 5 yaşlı qız uşağı uşaqların hücumuna məruz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Ohio ştatı, Klivlend şəhərində 5 yaşlı qız uşağı A'Mari uşaqlar qrupu tərəfindən hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, hadisə zamanı uşaqlar qızı uzaq bir sahəyə aparıb, döyüb və başına ciddi xəsarətlər yetiriblər. Onlar həmçinin qızın boğazına çubuq soxmağa cəhd ediblər.
Qızın anası hadisəni təsdiqləyərək, uşaqların qızını döyərək huşunu itirməsinə səbəb olduğunu bildirib.
Polisiya faktı təsdiqləyib, amma iştirakçıların yaşı 10-dan aşağı olduğundan detallar açıqlanmayıb.
Hadisə qızda həm fiziki, həm də psixoloji travmalara yol açıb.
Qeyd edək ki, ABŞ-da bu kimi zorakılıq halları daha əvvəl də qeydə alınıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...