ABŞ-də 1915-ci il erməni iddialarına qarşı etiraz aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin paytaxtı Vaşinqtonda və ətraf əyalətlərdə yaşayan Türk-Amerika icmasının üzvləri 1915-ci ildə baş vermiş hadisələrin ermənilər tərəfindən təhrif edilməsinə etiraz olaraq aksiya keçiriblər.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı önündə bir araya gələn etirazçılar ermənilərin 1915-ci ildə yaşandığını iddia etdiyi hadisələrin həqiqəti əks etdirmədiyini bildirmək üçün müxtəlif ştatlardan toplanıblar.
Aksiya Türk Amerikan Yönləndirmə Komitəsi (TASC) və digər Türk-Amerikan qeyri-hökumət təşkilatlarının çağırışı ilə təşkil olunub. Etirazçılar erməni terror təşkilatı ASALA tərəfindən şəhid edilən türk diplomatlarının fotolarını daşıyaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Etirazçılar Türkiyə bayraqları və plakatlarla saatlarla növbə çəkib. Etiraz zamanı tarixin bir dönəmində yaşanan hadisələrin erməni diasporası tərəfindən məqsədli şəkildə təhrif edildiyi vurğulanıb.
Aksiyaya ABŞ-də yaşayan azərbaycanlılar, Axıska türkləri və digər diaspora nümayəndələri də qoşularaq türk icmasına dəstək veriblər.
Qalereya
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...