ABŞ-dan Rusiya və Çinə sərt addım - QADAĞAN ETDİ

ABŞ-dan Rusiya və Çinə sərt addım - QADAĞAN ETDİ
Dünya 88

ABŞ təhlükəsizlik riskləri səbəbindən Çin və Rusiyada istehsal olunan bəzi aparat və proqram təminatının avtomobil, yük maşınları və avtobuslarda istifadəsini qadağan etməyi planlaşdırır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Ticarət naziri Gina Raimondo bu planların "hədəflənmiş, proaktiv" addımlar olduğunu və ABŞ-ı qorumaq məqsədi daşıdığını bildirib:

"Bu gün avtomobillər kameralar, mikrofonlar, GPS izləmə sistemləri və internetə qoşulan digər texnologiyalarla təchiz olunub. Bu məlumatlara çıxışı olan xarici düşmənin milli təhlükəsizliyimizə və bizim şəxsi həyatımıza ciddi təhlükə yarada biləcəyini başa düşmək çətin deyil."

Çin isə bu qərarla bağlı reksiya verib.

Belə ki, Çin rəsmiləri ABŞ-ın "milli təhlükəsizlik anlayışını genişləndirərək" ədalətsiz olduğunu, Çin şirkətlərini hədəf aldığını bildirib. Çinin Xarici İşlər Nazirliyi məsələyə fikir bildirib:

"Biz ABŞ-ın milli təhlükəsizlik konsepsiyasını genişləndirməsinə və Çin şirkətlərinə qarşı ayrı-seçkilik hərəkətlərinə qarşıyıq. Çin biznesləri üçün açıq, ədalətli və şəffaf biznes mühitini təmin etməyə çağırırıq."

Qeyd edək ki, ABŞ daha əvvəl Çinə qarşı elektrikli avtomobillər, akkumulyatorlar və digər məhsullara əlavə vergilər tətbiq edib. Çin istehsalı olan yük kranlarının idxalını qadağan edib.

Qadağaların proqram təminatında 2027-ci modelində hardware sahəsində üç ildən sonra qüvvəyə minməsi planlaşdırılır.

Son xəbərlər