ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər ölüb
Dünya 21

ABŞ-nin Vermont ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərin öldüyü bildirilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Vermont ştat polisindən verilən açıqlamada Konnektikutdakı aeroportdan havaya qalxan 4 nəfərlik təyyarənin təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatdığı bildirilib.

Açıqlamada təyyarədəki 4 nəfərin daha sonra Konnektikuta qayıtmaq üçün yola düşdüyü, polisə qəza ilə bağlı hər hansı məlumat daxil olmadığı, ancaq təyyarədə olanların yaxınlarının təyyarənin geri dönmədiyi bildirilib.

Axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı və təyyarədə olan 4 nəfərin həyatını itirdiyi məlum olub.

Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizlik Şurası məsələ ilə bağlı araşdırmaya başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər