ABŞ-da dəhşət: metroda yatan qadın yandırılaraq ÖLDÜRÜLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-York şəhərində metro stansiyasında dəhşətli hadisə baş verib. Coney Island-Stillwell Avenue metro stansiyasında yatan qadın naməlum şəxs tərəfindən yandırılıb.
BAKU.WS cumhuriyyet.com-a istinadən xəbər verir ki, ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.
Polisin verdiyi məlumata görə, şübhəlinin kişi olduğu müəyyən edilsə də, onun şəxsiyyəti hələlik müəyyən edilməyib. Hadisədən sonra metro stansiyası təhlükəsizlik lenti ilə bağlanıb və genişmiqyaslı araşdırmalara başlanılıb.
Qeyd edək ki, bu dəhşətli hadisə şəhər sakinləri arasında böyük narahatlıq yaradıb. Nyu-York polisi hadisənin motivlərini araşdırmağa davam edir və şübhəlinin tapılması üçün axtarışları intensivləşdirib.
Oxşar xəbərlər
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə...