ABŞ COVID peyvəndlərinə "gənc kişilərdə ürək zədəsi" xəbərdarlığı əlavə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Qida və Dərman İdarəsi (FDA), Pfizer və Moderna şirkətlərindən mRNA əsaslı COVID-19 peyvəndlərinin xəbərdarlıq etiketlərini yeniləmələrini tələb edib. Yeni xəbərdarlıqda xüsusilə 16-25 yaş arası kişilərdə miokardit (ürək əzələsi iltihabı) və perikardit (ürək qişası iltihabı) riskinin olduğu bildirilib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, FDA bu qərarı ötən il yayımlanan tədqiqat nəticələri və yeni statistik göstəricilər əsasında qəbul edib. Daha əvvəl Pfizer üçün 12-17, Moderna üçün 18-24 yaş aralığı riskli hesab olunurdu. Yeni xəbərdarlıq isə hər iki vaksin üçün 16-25 yaş arası kişiləri əhatə edir.
FDA-nın məlumatına görə, 2023–2024-cü illərdə vurulan mRNA peyvəndlərindən sonra bu yaş qrupunda ürək iltihabı hallarının ən yüksək səviyyədə olduğu müşahidə edilib. Rəsmi statistikaya əsasən, hər bir milyon doza görə təxminən 8 belə hal qeydə alınıb.
Peyvəndlərin Comirnaty (Pfizer-BioNTech) və Spikevax (Moderna) adlı variantlarının etiketlərinə yaxın zamanda yenilənmiş xəbərdarlıqların əlavə olunacağı gözlənilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...