ABŞ bu səbəblə Şərqi Avropaya 500 hərbçi göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İrandakı əməliyyatının bir hissəsi olaraq Şərqi Avropaya qoşun göndərmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ABŞ İrandakı əməliyyatı dəstəkləmək üçün Rumıniyaya 500 hərbçi göndərə bilər.
Bundan əlavə, Rumıniya bu əməliyyatları dəstəkləmək üçün "Mixail Koqalniçeanu" Qara dəniz hava bazasında qırıcı təyyarələrin müvəqqəti yerləşdirilməsi ilə bağlı ABŞ-nin tələbini təsdiqləməyə hazırlaşır.
Bu bazada daha genişmiqyaslı logistika və yanacaqdoldurma əməliyyatları həyata keçiriləcək.
Rumıniyanın Prezidenti Nikuşor Dan, Ali Müdafiə Şurasının iclasını çağırdığı və bu iclasda ABŞ-dən bəhs etmədən Rumıniya ərazisinə "əlavə hərbi qüvvələrin" yerləşdirilməsi məsələsi müzakirə edildiyi qeyd olunur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...