ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığındakı Norveç bazasına çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Norveçin Rusiya sərhədi yaxınlığında yerləşən Örland aviabazasına çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb.
"ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər", - bəyanatda deyilir.
"B-1B Lancer" ("Rockwell B-1 Lancer") ABŞ-nin ox formalı qanadları olan səsdən sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarə ötən əsrin 70-80-ci illərində "Rockwell International" şirkəti tərəfindən hazırlanıb. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...