ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ F, M və ya J kateqoriyalı vizalar üçün yeni tələb müəyyənləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını "ictimai" (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.
Məlumata görə, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, F və M kateqoriyalı vizalar universitet və kolleclərdə təhsil, eləcə də peşə təhsili, J kateqoriyalı vizalar isə professor, alim və müəllimlərin mübadilə proqramında iştirakı üçün verilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...