ABŞ B-21 bombardmançılarının istehsalını artıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ strateji B-21 bombardmançılarının istehsalını genişləndirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "Breaking Defense" nəşri yazıb.
Məlumata görə, "Northrop Grumman" korporasiyası ilə ABŞ Hərbi Hava Qüvvələri arasında əldə olunan razılaşma çərçivəsində istehsal güclərinin artırılması üçün 4,5 milyard dollar ayrılması nəzərdə tutulur.
Bu addım Cənubi Dakota ştatındakı "Ellsvort" aviabazasının 2027-ci ildə B-21 bombardmançılarını qəbul etməsinə imkan verəcək. Qeyd olunur ki, əvvəllər bunun 2020-ci illərin ortalarında reallaşdırılması planlaşdırılırdı.
Yanvar ayında "19FortyFive" nəşrinin icmalçısı Kris Osborn bildirmişdi ki, Rusiyanın "S-500" hava hücumundan müdafiə sistemi ilə Amerikanın B-21 strateji "stealth" bombardmançısı arasında mümkün qarşıdurma ola bilər.
Sentyabrda isə "The Aviationist" bloqu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci B-21 strateji bombardmançısının ilk uçuşunu həyata keçirdiyini xəbər vermişdi.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...