ABŞ Avropadakı döyüş briqadalarının sayısını azaldır

ABŞ Avropadakı döyüş briqadalarının sayısını azaldır
Dünya 6

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropada yerləşdirilən ABŞ döyüş briqadalarının sayının azaldıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Pentaqon sözçüsü Şon Parnell bildirib ki, Avropadakı ABŞ hərbi briqadalarının sayı dörddən üçə endirilib və bu göstərici 2021-ci il səviyyəsinə qaytarılır.

Məlumata görə, qərar Polşaya əlavə hərbi qüvvələrin yerləşdirilməsi planlarında da gecikməyə səbəb olacaq.

"Washington Post"un məlumatına əsasən, hər bir döyüş briqadasında təxminən 4 min hərbçi, tank və müxtəlif hərbi texnika mövcuddur.

ABŞ vitse-prezidenti Cey Di Vens isə Polşadakı amerikalı hərbçilərin ümumi sayının azaldılmadığını, sadəcə yerləşdirmə prosesinin təxirə salındığını bildirib.

O, ABŞ-ın Avropa ölkələri ilə əlaqələrinin güclü olduğunu vurğulasa da, Avropanın öz müdafiə yükünü daha çox üzərinə götürməli olduğunu qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər