Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağıra bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ömürlük həbs cəzasına məhkum olan PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və Türkiyə ilə illərdir davam edən silahlı münaqişəyə son qoymağa çağıra bilər.
Bu barədə "Türkiye" qəzeti yazıb.
Məlumata görə, Öcalanın çağırışı PKK-nın İraqın şimalı və Suriyadakı silahlı döyüşçülərinə, həmçinin Avropadakı tərəfdarlarına ünvanlanacaq. Çağırış ya əl yazısı ilə yazılmış məktub, ya da videomüraciət formasında olacaq.
Bunun Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) nümayəndələrinin İmrali adasındakı həbsxanada Öcalanı ikinci və ya üçüncü dəfə ziyarətindən sonra baş verəcəyi ehtimal olunur. Onlar daha əvvəl dekabr ayında Öcalanla görüşüblər.
TGRT telekanalının məlumatına görə, Öcalanın PKK-ya müraciətinin fevralın ortalarına qədər elan edilməsi gözlənilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...