Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.

Məlumata görə, qəza nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.

23:08

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

BAKU.WS-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Hadisə yerli vaxtla 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. Təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin kursantlarının təlim uçuşunun həyata keçirildiyi deyilir.

Aviaqəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu qeyd olunub. Məlumata görə, qəzaya uğrayan təyyarədə 23 nəfər – 5 ekipaj üzvü və 18 kursant olub. Ölkənin Daxili İşlər Nazirliyi insident nəticəsində 18 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığını təsdiqləyib.

BAKU.WS