Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb
Siyasət 134

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 112 645 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin 1351 nəfər olduğunu, 1342 xəstənin isə sağalaraq evə buraxıldığını deyib.

Türkiyədə ümumilikdə 296 391 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249 nəfər ölüb.

Oxşar xəbərlər

Türkiyədə daha 19 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha 19 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünü...

100 Siyasət 23:45 20 avqust 2020

Son xəbərlər