SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa prezidenti Emmanuel Makron İraqa rəsmi səfəri çərçivəsində ölkənin nüfuzlu din xadimi Ayətullah Əli Sistani ilə görüşəcək.

BAKU.WS xəbər verir ki, bu barədə İraqda dərc olunan “Kulalakhbar” qəzeti məlumat yayıb.

Emmanuel Makron sentyabrın 2-də İraqın Nəcəf şəhərinə səfəri zamanı Ayətullah Sistani ilə bir araya gələcək.

Fransanın dövlət başçısı İraqın Baş Naziri Mustafa əl-Kazimi və digər rəsmilərlə də görüşəcək.

BAKU.WS