SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 92 302 şübhəli koronavirus testindən keçib, onlardan 1412-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 735 nəfər olub, 882 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 254 520 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6058 nəfər ölüb. Son bir həftədəki yoluxma sayının 1400-ü keçməsindən narahatlığını ifadə edən nazir test sayının 90 mini ötməsinə, yaxın vaxtlarda 100 minə çatacağına diqqət çəkib.

F.Qoca Türkiyə səhiyyə sistemində koronaviruslu xəstələrin əlaqədə olduğu şəxslərin nəzarətdə saxlanılmasının 98,9 faiz təşkil etdiyini də qeyd edib.

BAKU.WS